Aqrar Sığorta Fondu (VÖEN – 2006034771) açıq müsabiqə elan edir.
FED.az xəbər verir ki, müsabiqənin predmeti işçilərə könüllü tibbi sığorta xidmətinin satın alınmasıdır.
Ehtimal olunan qiymət 21 min 120 manat təşkil edir.
Təkliflərin qəbulu 12 dekabr 2025-ci il, saat 17:00-da başa çatır.
Zərflərin açılışı da 12 dekabr 2025-ci il, saat 17:00-da keçiriləcək.
İştirak haqqı 42 manat 24 qəpik, istifadə haqqı isə 25 manat müəyyən edilib. Qaydalara əsasən bu ödənişlər geri qaytarılmır.
Əlaqələndirici şəxs – Qasımov Əzizağa, Maliyyə və təsərrüfat şöbəsinin aparıcı mütəxəssisi
E-poçt: [email protected]
Telefon: +994 51 510 39 47
İddiaçılar təkliflərini 12 dekabr 2025-ci il, saat 17:00-a qədər satınalan təşkilatın ünvanına təqdim edə bilərlər.
Təcili və təxirəsalınmaz tibbi yardım; Ambulator- poliklinik yardım; Fizioterapiya (20 seans) və müalicəvi masaj (20 seans ); Hospitalizasiya və stasionar yardım; Stomatoloji yardım- diş daşları təmizlənməsi daxil (bir nəfər üçün il ərzində limit 1000 azn); Dərman təchizatı (bir nəfər üçün il ərzində limit 1000 azn); Sığorta olunanın müqavilə ilə nəzərdə tutulmayan tibb müəssisələrində aparılan müalicə xərclərinin ödənilməsi; Profilaktik tibbi müayinə (check up). Əlavə təminatlar: Xroniki xəstəliklərin müalicəsi; Sığortalının sığorta dövründən əvvəl mövcud olan halların müalicəsi; Qripə qarşı vaksinasiya; Vitaminizasiya; Təcili vaksinasiyalar. Optik eynəklər(təchizatı (bir nəfər üçün il ərzində limit 300 azn) Qeyd: Qiymət təqdim edilərkən Fondun işçilərinin 44 nəfər (kişi 28 və qadın 16) olduğu və hər bir işçi üçün təqdim olunan sığorta məbləğinin 15 min manat müəyyən olunduğu nəzərə alınmalıdır.











