Dövlət İmtahan Mərkəzi könüllü tibbi sığorta xidmətlərinin satın alınması üçün tender elan edib.
FED.az xəbər verir ki, “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi” publik hüquqi şəxsi əməkdaşların könüllü tibbi sığorta xidmətlərinin satın alınması məqsədilə açıq tender elan edib.
Layihənin ehtimal olunan dəyəri 334 min 833 manat 33 qəpik təşkil edir. Təkliflərin son təqdim olunma tarixi və zərflərin açılış vaxtı 09 dekabr 2025-ci il, saat 17:00-dır.
Tenderdə iştirak haqqı 350 manat, satınalma sənədlərinə baxmaq üçün istifadə haqqı isə 25 manat müəyyən edilib. Qaydalara əsasən, təchizatçıların sayı üçdən az olmadıqda ödənilə haqlar geri qaytarılmır.
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Ak. Həsən Əliyev küçəsi 299 (AZ1138).
Əlaqələndirici şəxs – İlham Əliyev, şöbə müdiri.
[email protected]
+994 12 310 53 16 (1704)
İddiaçılar tender təkliflərini 09 dekabr 2025-ci il tarixinə qədər göstərilən ünvana təqdim edə bilərlər.
Tibbi sığorta proqramına daxil olan tibbi xidmətlər (340 işçi, 480 ailə üzvü (o cümlədən 430 kişi, 390 qadın və 24 nəfər 3 yaşa qədər uşaq) ümumilikdə 850 nəfər üçün nəzərdə tutulur.











