"Sosial Xidmətlər Agentliyi" PHŞ (VÖEN – 1405196831) açıq tender elan edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin predmeti əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün Neftçala rayonunda 20 ədəd üçotaqlı mənzilin satın alınmasıdır. Ehtimal olunan qiymət 1 980 000 manat təşkil edir.
Tender 12 fevral 2026-cı il tarixində dərc edilib.
Təkliflərin son təqdim olunma vaxtı 16 mart 2026-cı il, zərflərin açılışı isə həmin tarixdə həyata keçiriləcək.
İştirak haqqı 600 manat, istifadə haqqı isə 25 manat təşkil edir.
Əlaqələndirici şəxs:Fəridə Əlixanlı -Satınalmanın təşkili şöbəsinin baş mütəxəssisi
[email protected]
+994 12 525 41 30
İddiaçıların tələb olunan sayı: 3
İddiaçılar təkliflərini 16 mart 2026-cı il tarixinə qədər Bakı şəhəri, Ziya Bünyadov prospekti 1965, "Çinar Park" Biznes Mərkəzi bina 1, mərtəbə 2 ünvanına təqdim edə bilərlər.











