"İpoteka və Kredit Zəmanət Fondu" tərəfindən satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə yaşayış sahələrinin satın alınması (3-cü mərhələ) ilə bağlı elan edilmiş tenderin nəticəsi açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin qalibi "Körpü-Bina-Tikinti" MMC olub. Müqavilənin ümumi dəyəri 152 298 846 manat təşkil edir. Ehtimal olunan qiymət isə 199 500 000 manat idi.
Qeyd edək ki, bundan əvəl Fondun daha bir iri layihəsini icra etmək hüququnu "Maksimus" MMC qazanıb. Şirkət İpoteka və Kredit Zəmanət Fondu tərəfindən satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə yaşayış sahələrinin satın alınması (2-ci mərhələ) ilə bağlı keçirilən tenderin qalibi olub. Həmin müqavilənin dəyəri 68 703 095,9 manat təşkil edib (17.12.2025 ).











