Sumqayıt İcra Hakimiyyəti keçirdiyi tenderin qaliblərini elan edib.
FED.az TENDER xəbər verir ki, İcra Hakimiyyəti 2 tender üzrə müqavilə imzalayıb.
Müqavilələrdən birinin qalibi “Bakı Otis Lift” MMC olub. Şirkətlə 2 mln 498 min 422 manat dəyərində olub. Müqavilənin predmeti Kürdəmir şəhərinin mənzil fonduna daxil olan 2 çoxmənzilli yaşayış binalarının dam örtüyünün təmiri işlərinin alınması olub.
Müqavilələrdən digəri “Forte” firması ilə abadlıq-quruculuq işlərinin alınması üzrə müqavilə imzalayıb. Müqavilənin dəyəri 2 mln 494 min 531 manat məbləğində təşkil olub.
Bu iki müqavilənin ümumi dəyəri 4 mln 992 min 953 manat olub.
Xatırladaq ki, “Forte” firması təkcə bu il Sumqayıt İcra Hakimiyyətinin və Sumqayıt Universitetinin 6 tenderinin qalibi olub.
5 milyonluq tenderi iki şirkət uddu
17:19
14 Dek 2018