Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti avtoparkını yeniləmək məqsədilə iki avtomobil markasının alınması üzrə tenderlərə yekun vurub.
Bu şəhərdə 2 milyon manatlıq yol işləri hələ ki, kağız üzərində qaldı
FED.az xəbər verir ki, dövlət satınalma portalında dərc edilən məlumata əsasən, dövlət qurumu həm "Toyota", həm də "Nissan" markalı avtomobillərin alınması üzrə qalibləri müəyyənləşdirib.
“Nissan” markalı avtomobillərin satın alınması üzrə tenderin qalibi “Nurgün Motors” MMC (VÖEN: 1400278021) olub. Şirkətlə bağlanmış müqavilənin dəyəri 128 800 manat təşkil edir. Eyni zamanda, “Toyota” markalı avtomobillərin alınması üçün keçirilən satınalmanın qalibi isə “Toyota-Bakı Mərkəzi” MMC-dir (VÖEN: 2000568681). Bu müqavilənin dəyəri isə 171 200 manat olub.
Beləliklə, Xidmət ümumilikdə 300 min manata yaxın vəsaitlə yeni avtomobillərin alınmasını planlaşdırır.
Qeyd edək ki, hər iki müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil).