Mingəçevir şəhərində yolların və səkilərin əsaslı təmiri üçün elan edilmiş tender proseduru ləğv olunub.
Sumqayıt Bulvarında təmir planları təxirə salındı – 2 TENDER LƏĞV EDİLDİ
DSMF-nin beynəlxalq sertifikat cəhdi nəticəsiz qaldı
FED.az xəbər verir ki, Mingəçevir Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən elan edilən tender müsabiqəsi baş tutmayıb.
Ehtimal olunan 2 085 858 AZN dəyərində qiymətlə planlaşdırılan satınalma “2025-ci il üçün Mingəçevir şəhərində yolların və səkilərin əsaslı təmir işləri” ilə bağlı idi. Tenderin dərc olunma tarixi 24 fevral 2025, son təklif təqdimetmə və zərflərin açılış tarixi isə 11 aprel 2025 olaraq müəyyən edilmişdi.
Lakin son qərara əsasən, proses nəzarət orqanının 14 may 2025-ci il tarixli AİBNDA/SQ-3016/2025 nömrəli rəsmi qərarı ilə dayandırılıb. Bildirişə əsasən, bu qərarın detalları açıqlanmasa da, əsas səbəb nəzarət orqanının müdaxiləsi olub.
Beləliklə, Mingəçevirin infrastrukturuna dair gözlənilən yenilənmə işləri bu mərhələdə reallaşmayacaq. Tenderin yenidən elan olunub-olunmayacağı barədə əlavə açıqlama verilməyib.