Ərazi Tikinti-Planlaşdırma Mərkəzi iri məbləğli tenderin nəticəsini açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2 milyon manatlıq tenderin qalibi “Az Graft Construction” MMC-dir.
Müqavilədə Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində Gəncə şəhəri, Füzuli və Tərtər rayonlarında dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işlərinin satınalınması nəzərdə tutulur.
Xatırladaq ki, "Az Graft Construction" MMC bundan əvvəl Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Mərkəzininin 3 311 895 manat dəyərindəki Ağdam rayonu, Kəngərli kənd yaşayış məntəqəsinin tikintisi məqsədilə I və II faza üzrə söküntü və şaquli planlaşdırma işlərinin satın alınması nəzərdə tutulur. (04.07.2023).