Ərazi Tikinti-Planlaşdırma Mərkəzi növbəti tenderə yekun vurub.
FED.az xəbər verir ki, qalib “Real-İnşaat” MMC olub.
Şirkətlə 2 052 700 manat məbləğində müqavilə imzalanıb.
Müqavilədə “Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində Tərtər rayonunda dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işləri”nin satın alınması nəzərdə tutulur.
“Real-İnşaat” bundan əvvəl də Ərazi Tikinti-Planlaşdırma Mərkəzi ilə eyni adlı tender üzrə 1 499 898 manatlıq müqavilə imzalayıb (16.01.2023)