2024-cü ilin yanvar-aprel aylarında Azərbaycan Rusiyadan 6 milyon 171 min ABŞ dolları dəyərində 3 min 218 ton toyuq əti idxal edib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2023-cü il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 484,6 min dollar və ya 8,5% artıb, miqdar baxımından isə 700 ton və ya 17,9% azdır.
2023-cü ilin yanvar-aprel aylarında Rusiyadan 5 milyon 687 min dollar dəyərində 3 min 918 ton toyuq əti gətirilmişdi. Bu dövrdə Rusiyadan Azərbaycana idxal edilən toyuq ətinin 1 kiloqramının idxal qiyməti 3,26 manat olub. Xatırladaq ki, 2023-cü ilin eyni dövründə bu rəqəm 2,47 manat idi. Bu da idxal qiymətinin illik müqayisədə 79 qəpik (32,1%) artması deməkdir.