Son vaxtlar Azərbaycanda quş əti məhsullarının bahalaşması müşahidə edilir.
Bakıda marketlərdə toyuq filesi qıtlığı yaranıb - QİYMƏTLƏR ARTIB -VİDEO
FED.az xəbər verir ki, iqtisadçı Natiq Cəfərli sosial şəbəkə hesabında qiymət artımının səbəblərinə toxunub.
O, qiymət artımının bir neçə səbəbdən qaynaqlandığını bildirib.
“Dövlət Statistika Komitəsi hələ ki 2026-cı ilin ilk 6 ayı ilə bağlı detallı məlumat yayıb - bu dövrdə 53 min ton quş əti istehsal olunub.
2025-ci ilin eyni dövründə bu rəqəm 51 min ton idi – yəni, istehsalda azalma yoxdur. Qiymət artımının isə bir neçə səbəbi var:
1) 2026-cı ilin əvvəlindən dizel yanacağı 10% bahalaşıb – bu da yem və hazır məhsul daşıma xərclərinə təsir edib;
2) Quş əti istehsalçılarının əlavə tənzimləmə qaydalarına, nəzarətedici qurumların fəaliyyətinə görə maliyyə yükü - xərci artıb;
3) Yem və dərmanların qiyməti yüksəlib;
4) Nəhayət ən vacib məsələlərdən biri – qirmızı ət, yəni, mal-qoyun əti kəskin bahalaşıb deyə, camaat daha ucuz olan toyuq əti almağa üstünlük verir, tələb yüksəlir, təklif isə istənilən templə artmır”, - ekspert vurğulayıb.













