"Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında qanun, enerjiyə qənaət edən texnologiyaların tətbiqi, bu saheyə sərmayə qoyuluşunu və yeni xidmət bazarlarının inkişafını təşviq edir".
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən "III Milli Rəqabət Forumu"nda deyib.
Onun sözlərinə görə, bu məsələlər istehsal xərclərini azaltmaqla yanaşı, enerji auditi və idarəçilik kimi sahələrdə sahibkarlıq üçün yeni imkanlar yaradır.
Nazir qeyd edib ki, sahibkarların enerji infrastruktura çıxışının asanlaşdırılması da diqqət mərkəzindədir:
"Bir pəncərə prinsipinin tətbiqi və elektron xidmətlərin genişləndirilməsi nəticəsində elektrik şəbəkələrinə qoşulma prosedurlarının sayı 7-dən 2-yə, müddəti isə 41 gündən 20 günə endirilib.
Prosedurların sadələşdirilməsi, xidmətlərin şəffaflığın artırılması və enerji təchizatının etibarlılığına dair məlumatların açıqlanması biznesin, biznesin inzibati yükünü azaldır. Bütün bu tədbirlər energetika sektorunun inkişafı ilə yanaşı, milli iqtisadiyyatın rəqabət qabiliyyətinin gücləndirilməsinə xidmət edir".













