Qonşu ölkələrdə baş verən müharibələr Azərbaycan üzərindən logistika imkanlarını artırıb. Həm Azərbaycana idxal, həm də tranzi yüklərin daşınmasında artım müşahidə olunur.
Azərbaycanın tranzit ölkə kimi mövqeyi güclənsə də, regionda baş verən geosiyasi hadisələr Azərbaycana idxal olunan bəzi məhsulların qiymətinin bahalaşmasına səbəb olub. Qiymətlərin bahalaşmasının əsas səbəbi isə, yolların bağlı olması və logistika xərclərinin daha çox olması kimi göstərilir.
Ümumiyyətlə, hazırda logistika sektorunda vəziyyət necədir? Yük daşımalarının tarifləri necə dəyişib? Logistika sektorunda hansı yeniliklər var?
Bu suallara cavab üçün FED.az biznes və maliyyə xəbərləri portalı “Sara Logistics” logistika şirkətinin rəhbəri Ülvi Ocaqlıdan müshibə alıb. Həmin müsahibəni təqdim edirik:
“Biznesin İnkişafı Fondu yatırım etdiyi şirkətlərdə 10 ilədək payçı qala bilər” - MÜSAHİBƏ
- Ülvi müəllim, əvvəlcə istəyirəm şirkətiniz haqqında məlumat verəsiniz. Şirkətiniz nə vaxt yaradılıb və hansı işləri görürsünüz?
- Bizim müəssisə - "Sara Logistics" "Azərbaycan Dəmir Yolları"nın baş ekspeditoru statusunda 2020-ci ildə təsis olunub. Əsas işimiz Azərbaycan Dəmir Yollarının kommersiya fəaliyyətini tənzimləməkdir. Yəni, iri yükdaşıma həcmlərini tənzimləməkdir. Biz daha çox ciddi iri layihələrin dəmir yolu ilə daşınmasını təşkil edirik və Azərbaycanda özünün vaqon parkı olan operatorlardan biriyik. Hazırda ölkəmizdə özünün vaqon parkı olan operatorlar limitli saydadır.
Müəssisəmiz əsasən Azərbaycan xaricindən idxal, ixrac və tranzit rejimlərində yüklərin daşınması ilə məşğul olur və 1,7 milyon manat investisiya kapitalı ilə təsis olunub.
- Ülvi müəllim, qeyd etdiniz ki, daha çox iri həcmli yüklərin daşınmasını həyata keçirirsiniz və ölkədə vaqon parkı olan azsaylı şirkətlərdənsiniz. Fəaliyyətiniz yalnız Azərbaycanla məhdudlaşır, yoxsa başqa ölkələrdə də filiallarınız var?
- Bəli, hal-hazırda Azərbaycandan kənarda — Rusiya, Qazaxıstan və Türkiyə, İran arasında filiallarımız mövcuddur
Burada da, müxtəlif istiqamətlərdə yüklərin daşınması ilə məşğul oluruq.
Günümüzün aktual mövzusu olan aqrar sahəyə toxunsaq əsasən iri daşınan amofos və bu tipdə olan gübrə yüklərinin bir çoxunu bizim müəssisə tərəfindən daşınır. Türkmanıstan-Qazaxıstan mənşəli kükürd yüklərinin daşınmasını əsasən bizim şirkət həyata keçirir.
Advisory Banking: Biznesin ehtiyacını anlayan bank modelinə doğru - MÜSAHİBƏ
- Ülvi müəllim, ümumiyyətlə siz hansı məhsulların idxalını və ixracını həyata keçirirsiniz? Bizdən hansı məhsullar daha çox ixrac olunur və bizə əsasən hansı məhsullar idxal olunur?
- Azərbaycanın ixrac olunan məhsullarının anologiyasına baxsaq, əsas iri neft məhsulları ixrac olunur və biz də bunların daşıyıcılarından biriyik.
Qeyri-neft sektoruna baxsaq, əsas idxal olunan məhsullar kənd təsərrüfatı məhsullarıdır.
Digər tərəfdən isə Azərbaycana idxal olunan və üzərindən tranzit keçən məhsullardan biri də taxta və taxta məhsullarıdır. İran ərazisində olan gərginliklər tranzit yüklərin Azərbaycan üzərindən keçməsini daha da sürətləndirib.
Türkiyənin zirehli texnika istehsalçısı Azərbaycan üçün məhsul istehsal edəcək - MÜSAHİBƏ+FOTO
- Əsasən hansı ölkələrdən daşıma həyata keçirirsiniz? Ənənəvi olaraq MDB ölkələrindən, yoxsa digər ölkələrdən də?
- Xeyr, müasir logistikanın tələbi artıq MDB-dən çox kənara çıxıb, MDB ölkələrinin hüdudlarını çox aşıb. Ümumi baxsaq, təbii ki, bazarımız əsasən MDB və qonşu ölkələrdir. Amma bundan əlavə də kənar ölkələrdən — yəni Dubay, Suriya, İordaniya, Türkiyə və s. ölkələrdən daşımalar həyata keçiririk. Ümumiyyətlə, yükün xəritə istiqamətində, təbii ki, Antarktidadan çıxmaq şərtilə, daşına biləcək hava, quru və dəmir yolu — əsasən dəmir yolu daşımalarında bizim aktiv iştirak payımız var.
Hətta bu yaxınlarda yeni bir layihəmiz başlamalıdır, bu, pivot suvarma layihəsidir. Səudiyyə Ərəbistanından Azərbaycana pivot avadanlıqlarının daşınması ilə bağlı layihəmiz var. Təbii ki, bu, bir az uzun marşrutdur İordaniya, Suriya, Türkiyə və Azərbaycan olmaqla daşıma həyata keçirəcəyik.
Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar - MÜSAHİBƏ
- Ülvi müəllim, ümumiyyətlə, daşımalarla bağlı son dövrlərdə hansı gözəçarpan dəyişikliklər, yeniliklər var?
- Bu barədə əsasən ümumi yük həcminin artımı ilə bağlı danışmaq istəyirəm. Rusiyada-Ukrayna arasında baş verən müharibə, Kerç və ətraf regionların bağlanması məcburi Azərbaycanı keçid məntəqəsi kimi özündə ehtiva eləyib. O baxımdan da mən düşünürəm ki, əsasən yük həcmlərinin artmasını bir fakt kimi qeyd etmək lazımdır. Çünki bizdə indiki həcmdə tranzit rejimdə daşımalar heç vaxt olmayıb, ən azından mən bunu xatırlamıram. Çünki mən artıq 6-cı ildir ki, bu şirkətdə işləyirəm. O baxımdan da bilirəm, biz analogiyanı izləyirik.
Bu il çox ciddi artımlar müşahidə olunur yük həcmi artımlarında. Amma marşrutlara, dəhlizlərə baxsaq, dəhlizlərin yüklənməsi çoxdur. Yəni istər Orta dəhlizin, istər Şimal-Cənub dəhlizinin, istərsə də Avropaya çıxışların yüklənməsi məcburi hala çevirib ki, artıq Zəngəzur dəhlizinin icrası bir az sürətləndirilsin.
“Turist cəmi 30 dollar ödəyir, qalan 15 min dolları biz ödəyirik”: Səyahət sığortası necə işləyir? - MÜSAHİBƏ
- Ülvi müəllim, xaricdən məhsul idxal edən sahibkarlar Rusiya-Ukrayna və ABŞ-İran müharibəsi səbəbindən daşıma xərclərinin bahalaşdığını bildirirlər. Ümumiyyətlə, müharibələr səbəbindən daşıma tarifləri nə qədər bahalaşıb Xüsusilə də hansı ölkələrdən gələn daşımalarda daha çox artım hiss olunur?
- Daşıma tarifləri bahalaşıb ifadəsi bir az ciddi arqumentdir. O baxımdan da baxmaq lazımdır hansı marşrutlarda. Orta dəhlizə baxsaq, bəli, razıyam. Türkmanıstandan, Qazaxıstandan daşınan yüklərin həcmində, yəni tariflərində artım var. Buna səbəb bundan ibarətdir ki, ölkəmizdə istər Xəzər Dəniz Gəmiçiliyinin (ASCO) bizə müvafiq verdiyi tariflərin artımı olsun, istər Azərbaycan Dəmir Yollarının (ADY) verdiyi tariflər olsun, o baxımdan da çox ciddi artımların olması müşahidə olunur.
Amma bu nə dərəcədə təsir eləyir ümumi satış qiymətlərinə bu bir az sual altındadır. Təbii ki, əgər bir əşyanın maya dəyərində artım varsa, bu təbii ki, onun satışında da artım özünü göstərir.
- Siz qeyd etdiniz ki, ASCO-nun və ADY-nin daşıma tarifləri artıb. Daşıma tarifləri nə qədər bahalaşıb?
- Bu sual ASCO və ADY tərəfindən cavablandırılsa, daha yaxşı olar. Amma yəni iki qat artım olmayıb hər halda. Faiz nisbətində bir artım var, 10-20% arası artım var həm ADY-də, həm ASCO-da.
- Bəs ümumiyyətlə, Azərbaycanda daşıma tarifləri, xüsusilə də dəmir yolu daşıma tarifləri sərfəlidir, yoxsa sərfəli deyil?
- Azərbaycan Dəmir Yollarının iş prinsiplərinə baxsaq və iş yükünə, iş yükünün ağırlığına baxsaq, təbii ki, sərfəlidir. Çünki maşınla nisbətdə vaqon daşımalarında həcmi daha çoxdur, bir vaqona gedən yük həcmi 3 maşının yükünü tutduğu üçün, o baxımdan mən düşünürəm ki, çox ideal bir tarifləri var. Nəzərə almaq lazımdır ki, bu tariflər qonşu ölkələrə nisbətdə tənzimlənir.
- Ülvi müəllim, qonşu ölkələrdə baş verən müharibələri nəzərə alsaq, daşıma tariflərindəki artımı nümunə ilə göstərə bilərik? Məsələn əvvəl Türkmənistandan gələn yükün daşıma xərci "X" manat idi, hazırda "Y" manatdır. Belə bir nümunə göstərə bilərikmi?
- Bunu konkret məbləğ ilə yox, amma faiz ilə qeyd edə bilərəm. Qonşuluqda baş verən müharibələr daşıma xərclərini minimum 10% bahalaşdırıb. Niyə? Çünki istənilən halda xaos ticarətə təsir eləyən bir şeydir. Xaoslu ortamın olması və eyni anda dediyim boğazların bağlanması və Azərbaycana yüklənmə və Orta dəhlizə məburiyyət artımın olmasını qaçınılmaz edir.
Ümumi olaraq, istər hansısa ölkə olsun, istər aşırma xərcləri olsun, istərsə də, ölkə daxilində aparılan əməliyyatların təsnifatı olsun. Yəni stansiya yığımları, vahid yığımlar, təmir idarəsində artımlar olub. Burda bir çox hallar var. Amma mən sizə ən qısa, bəsit dildə izah eləyə bilərəm ki, ən aşağı halda 10% artım müşahidə olunur.
- Bəs bahalaşma əsasən hansı məhsulların daşınmasında özünü göstərir? Məhsulların təsnifatına görə bahalaşma olur?
- Bəli, bahalaşma məhsulun təsnifatından asılı olaraq dəyişə bilir. Azərbaycan Dəmir Yollarının Marketinq və Tarif şöbəsi var. Onlar il ərzində analiz edirlər ki, məsələn, bu il ərzində filan-filan təsnifatda mal daşınıb. Təbii ki, onlar da baxırlar ki, bu istehlakçıya maraqlıdır və ona artım, dempinq olmasın deyə, xüsusi bir nardan bir müdaxilə olmasın deyə, məcburi halda xüsusi protokol qaydasında qiymətlərə yenidən baxırlar.
Yəni sağ olsunlar ki, onu dəstək verirlər. Amma bu protokolların hamısı tətbiq olunurmu və yaxud da məsələn, elə yüklər var ki, məsələn üçün dediyim kimi, kükürd yükünün daşınmasında ümumiyyətlə 2023-cü ilə qədər bir endirim var idi Azərbaycan Dəmir Yollarında. O endirim ləğv olundu. Bu da ekspeditorlara verilən endirimlər idi.
Ümumiyyətlə, hal-hazırda verilən tariflərin, göstərilən tariflərin yüksəkliyi iddiası bir az, çətin iddiadır. Ən azı bizim kimi daşıyıcı üçün bu belədir. Çünki biz analitik olaraq həmin daşınmanı görürük. Yəni ADY tərəfindən hansı yükün təsnifatı üzrə daşınması daha çoxdur, buna indi qiyməti qaldıraq deyə bir şey icra olunmur. Ən azından bu haqsızlıq olardı.
- Müsahibə və ətraflı məlumat üçün təşəkkür edirəm, Ülvi müəllim, çox sağ olun.





![“Tariflər 20% bahalaşıb, amma indiki qədər daşımalar heç vaxt olmayıb” - [red]MÜSAHİBƏ[/red] | FED.az](/upload/news/small/334061.jpg)
![“Tariflər 20% bahalaşıb, amma indiki qədər daşımalar heç vaxt olmayıb” - [red]MÜSAHİBƏ[/red] | FED.az](/upload/news/small/2421479.jpg)








