Bu ilin yanvar-iyul aylarında Azərbaycandan Qazaxıstana 90 min dollar dəyərində 40 ton at və qatır əti satılıb.
Bakıda marketlərdə toyuq filesi qıtlığı yaranıb - QİYMƏTLƏR ARTIB -VİDEO
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə Qazaxıstana ixrac edilən at və qatır ətinin miqdarı 40 ton (2 dəfə), dəyəri 70 min dollar (43,8%) azalıb.
Bu ilin ilk yeddi ayında bu ölkəyə satılan at və qatır ətinin bir kiloqramının orta qiyməti təxminən 3,8 manat olub. Ötən il isə bu qiymət 3,4 manat idi. İllik bahalaşma 0,4 manat və ya 11,8% təşkil edib.
Xatırladaq ki, 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycandan Qazaxıstana 160 min dollar dəyərində 80 ton at və qatır əti satılmışdı.













