Bu ilin yanvar-iyul aylarında Azərbaycana 5 ölkədən 36 min 321 ton banan idxal edilib.
Azərbaycana banan hansı ölkələrdən gətirilir? – ÖLKƏLƏR, QİYMƏTLƏR, SİYAHI
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkəyə gətirilən bananın böyük hissəsi ənənəvi olaraq Ekvador bazarının payına düşür. Bundan başqa, banan idxal olunan ölkələr arasında Çin, İran, Almaniya və Kolumbiya da var.
Ötən ilin eyni dövründə isə Azərbaycana 11 ölkədən 34 min 75 ton banan idxal edilmişdi. Bu ölkələr – Ekvador, Çin, Filippin, Hindistan, İran, Kolumbiya, Kosta-Rika, Misir, Tailand, Türkiyə və Almaniya idi.
Yəni bu ilin ilk yeddi ayında Filippindən, Hindistandan, Kosta-Rikadan, Misirdən, Tailanddan və Türkiyədən banan alışı dayandırılıb.
Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə xaricdən alınan bananın miqdarı 2 min 246 ton (6,6%), dəyəri 4 milyon 893 min dollar (14,7%) artıb. İdxal edilən bananın bir kiloqramının orta qiyməti 1,8 manat olub.













