Bu ilin yanvar-iyul aylarında Azərbaycana xaricdən 38 milyon 245 min dollar dəyərində 36 min 321 ton banan gətirilib.
Pomidor satanların üzü gülür – GƏLİRLƏRİ 15 MİLYON DOLLAR ÇOXALIB
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə xaricdən alınan bananın miqdarı 2 min 246 ton (6,6%), dəyəri 4 milyon 893 min dollar (14,7%) artıb. İdxal edilən bananın bir kiloqramının orta qiyməti 1,8 manat olub.
Bu il Azərbaycana ənənəvi olaraq ən çox Ekvadordan gətirilib. Bu ölkədən alınan banan ümumi idxalın 99,9%-ini tutub.
Ən bahalı banan isə Kolumbiya və Almaniyadan alınıb. Kolumbiyadan alınan bananın bir kiloqramının orta qiyməti 22,1 manat, almaniyadan alınan bananın bir kiloqramının orta qiyməti 17 manat təşkil edib.
Daha ətraflı:
|
S/N |
Banan |
Miqdar |
Məbləğ |
1 kiloqram üçün orta qiymət |
|
1 |
Çin |
1,62 |
6,32 |
6,6 |
|
2 |
Ekvador |
36 310,14 |
38 225,13 |
1,8 |
|
3 |
İran İslam Respublikası |
9,12 |
13,07 |
2,4 |
|
4 |
Kolumbiya |
0,01 |
0,13 |
22,1 |
|
5 |
Almaniya |
0,01 |
0,1 |
17 |
|
6 |
Cəmi |
36 320,9 |
38 244,75 |
1,8 |













