Azərbaycanda şəbəkə formasında fəaliyyət göstərən marketlər istehsalçılardan aldıqları məhsullara görə ödənişi gecikdirir.
Bakıda marketlərdə toyuq filesi qıtlığı yaranıb - QİYMƏTLƏR ARTIB -VİDEO
FED.az xəbər verir ki, bunu "Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri Mürvət Həsənli Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında - "Aqrar sahə haqqında" qanunun layihəsinin müzakirəsində bildirib.
"Ticarətlə bağlı qanunun olmaması bizə də problem yaradır. Əsas çətinlik budur ki, sahibkar və fermer istehsal etdiyi məhsulu satdıqdan sonra onun pulunu ala bilmir. Məsələn, quş əti və yumurtanın şəbəkə marketlərə verdikdən sonra ödənişin alınması 90 günə qədər çəkir. Bu zaman sahibkar məcbur olur yeni kredit götürsün və həmin kreditin xərcini istənilən halda istehsal etdiyi məhsulun üzərinə əlavə edir.
"Ticarət haqqında" qanunun qəbulunu tezləşdirmək lazımdır ki, biz bu sahədə bir qədər irəli gedə bilək", - deyə o qeyd edib. (Report)














