"Bazar iqtisadiyyatı şəraitində necə gəldi rəqabət aparmaq olmaz və bu qaydasız döyüşü xatırlatmamalıdır. Rəqabət ədalətli və reqlamentli olmalıdır".
"Azərbaycan Biznesinin İnkişafı Fondu" 8 ayda 223 milyon manat güzəştli kredit ayırıb
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Bakıda keçirilən "III Milli Rəqabət Forumu"nda deyib.
Onun sözlərinə görə, rəqabət məcəlləsinin qəbul edilməsi də məhz bu məqsədə xidmət edir:
"Rəqabətin hüquqi bazasının təkmilləşdirilməsi davamlı proses olmalıdır. Qanunverici orqan olaraq bizim üzərimizə də mühüm vəzifələr düşür. Biz bu istiqamətdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə əməkdaşlığımızı bundan sonra da davam etdirəcəyik.
Rəqabətin inkişafında dövlət də, sahibkar da, vətəndaş da, cəmiyyət də maraqlıdır. Bu baxımdan sağlam rəqabət naminə bu dördtərəfli əməkdaşlıq daha da gücləndirilməlidir".














