Azərbaycanda əhalinin nominal gəlirləri 2022-ci ilin birinci rübü (yanvar-mart) ərzində 18.9% artıb.
Eləcə də bax: Azərbaycanda orta aylıq əmək haqqı - 2 MANAT ARTIB – RƏSMİ
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat daxil olub.
Belə ki, hesabat dövründə ölkə əhalisinin nominal gəlirlərinin həcmi 16 milyard manat təşkil edib.
Əhalinin hər nəfərinə düşən nominal gəlirlər 1 593.2 manat təşkil edib ki, bu da illik müqayisədə 18.5% artım deməkdir.