2022-ci ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə (2021-ci ilin martın 1-nə) nisbətən 11 faiz artaraq 768,3 manat olub.
Eləcə də bax: Azərbaycanda hüquq-mühafizə işçiləri və hakimlərin maaşları - ARTIRILACAQ
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Xatırladaq ki, ötən il bu vaxt ölkədə orta aylıq əmək haqqı 692,3 manat idi və bu hesabla son bir ildə maaş artımı 76 manat təşkil edib.
Bir ay əvvəllə müqayisədə isə maaş artımı cüzi olub.
Fevralın 1-ə olan məlumata görə, ölkədə orta aylıq əmək haqqı 765,9 manat təşkil edib.
Başqa sözlə, fevral ayında əmək haqları 2,4 manat artıb.