Ötən il Azərbaycanda bələdiyyələrdə çalışan muzdlu işçilərin sayı 4 min 223 nəfər olub.
Bank və sığorta sektorunda kişilərin maaşı qadınlardan 1421 manat çoxdur
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istiandən xəbər verir ki, bələdiyyə işçilərinin sayı əvvəlki illə müqayisədə 937 nəfər və ya 18,2% azalıb.
Ötən il bələdiyyələrdə çalışanların 1 185 nəfəri qadınlar, 3 min 38 nəfəri kişilər olub. İllik müqayisədə bələdiyyələrdə işləyən qadınların sayı 165 nəfər (12,2%), kişilərin sayı 772 nəfər (20,3%) azalıb.
Ötən il bələdiyyələrdə çalışanların 28,1%-i qadınlar, 71,9%-i kişilər olub.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycanda bələdiyyələrdə 5 min 160 nəfər işləyirdi. Onların 1 350 nəfəri qadınlar, 3 min 810 nəfəri kişilər idi. Ümumi işçilərin sayında qadınların payı 26,2%, kişilərin payı 73,8% təşkil edirdi.













