2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda 199,5 milyon manat dəyərində mebel istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə mebel istehsalı 43,1 milyon və ya 27,6% artıb.
2022-ci ilin yanvar-sentyabr aylarında bu göstərici 156,4 milyon manat təşkil edib.