2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda 40 123 ton pendir və kəsmik istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesabalamalara istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə pendir və kəsmik istehsalı 3,1% və ya 1 197,3 ton artıb.
2022-ci ilin yanvar-sentyabr aylarında bu göstərici 38 925,7 ton təşkil edib.
01.10.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 53,2 ton təşkil edib.
Hazır məhsul ehtiyatı illik müqayisədə 19,2 ton və ya 34% artıb.
01.10.2022-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 34 ton təşkil edib.