2023-cü ilin yanvar-avqust aylarında Azərbaycanda 494,3 min ədəd altgeyim istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara istinadən xəbər veir.
Belə ki, bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,7 min ədəd və ya 2,4% çoxdur.
2022-ci ilin yanvar-avqust aylarında bu göstərici 482,6 min ədəd təşkil edib.
01.09.2023-cü il tarixinədək hazır məhsul ehtiyatı 8,2 min ədəd olub.
Bu da keçən ilin eyni dövrü ilə müqayisədə 3,1 min ədəd və ya 60,8% çoxdur.
01.09.2022-ci il tarixinədək hazır məhsul ehtiyatı 5,1 min ədəd olub.