Maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2023-сü ilin yanvar-may aylarında 342.3 milyon manatlıq məhsul istehsal edilmişdir.
Azərbaycan əhalisi 870 milyon dollarlıq benzin və dizel - YANACAĞI ALIB
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 34.9 faiz, maşın və avadanlıqların istehsalı 10.9 faiz artmış, sair nəqliyyat vasitələrinin istehsalı isə 18.8 faiz azalıb.
2023-сü ilin yanvar-iyun aylarında 1744 ədəd və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 687 ədəd çox minik avtomobili istehsal olunub. 01.07.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 670 ədəd təşkil edib.
Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların istehsalı 40.5 faiz artıb. 01.07.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 12 ədəd təşkil edib.