17 sentyabr 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “International” ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.
FED.az biznes və maliyyə xəbərləri portalı BFB-yə istinadən xəbər verir ki, qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 21.09.2026-cı il tarixində yekunlaşıb.
Məlumata görə, söhbət 1 milyon manat həcmində, 10 min ədəd, ilkin ticarət qiyməti 100 manat olan, AZ2061021021 Dövlət Qeydiyyat Nömrəli – İSİN, faizli təmin edilməmiş, sənədsiz, adlı istiqrazlardan gedir. İstiqrazın illik faiz gəliri 15%-dir, tədavül müddəti 24 aydır.
İstiqrazların anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir.













