2026-cı ilin ilk yarısında Azərbaycan banklarının böyük əksəriyyətində hüquqi şəxslərin depozitlərinin həcmi azalıb.
FED.az-ın bankların açıqladığı göstəricilər əsasında hazırladığı renkinqə görə, 2025-ci ilin sonu ilə müqayisədə 2026-cı il iyunun 30-na 20 bankdan yalnız 6-da hüquqi şəxslərin depozitləri artıb, 14 bankda isə azalıb.
Faiz ifadəsində hüquqi şəxslərin depozitlərini ən çox artıran bank “Bank of Baku” (70%), məbləğ ifadəsində ən çox artım olan bank isə "Kapitalbank" (1,1 milyard manat) olub.













