Təhsil müəssisələrində dünyəvilik prinsipinə uyğun olmayan geyimlərdən istifadə edilməsinə yol verilməyəcək.
FED.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ndə dəyişiklik edib.
Qərara əsasən, təhsilalanların müəyyən edilmiş geyim formasının vahidliyini pozan, habelə ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadə edilməsinə yol verilmir.












