2023-cü ilin birinci yarısında Azərbaycanda yanacaq istehlakçıları 1 milyard 471,3 milyon manat (cari məzənnə ilə $865,5 milyon - İF) məbləğində avtomobil benzini və dizel yanacağı alıblar ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 8,1% çoxdur.
Azərbaycanda taksi xidməti bahalaşdı - RƏSMİ
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində avtomobil benzini və dizel yanacağı satışından 5,6 % gəlir əldə edilib.
2022-ci ildə Azərbaycanda yanacaq istehlakçıları 2 milyard 768,7 milyon manat (cari məzənnə ilə $1 milyard 628,6 milyon) məbləğində avtomobil benzini və dizel yanacağı alıblar ki, bu da 2021-ci ilin göstəricisindən 7,9% çoxdur.
Hazırda daxili bazarda “Premium Euro-95” markalı benzinin 1 litri 2 manat, “Super Euro-98” markalı benzinin 1 litri 2,3 manat, Aİ-92 markalı benzinin 1 litri 1 manat, dizel yanacağının 1 litri 0,8 manat təşkil edir. (İnterfaks-Azərbaycan)