ABŞ Hərbi Dəniz Qüvvələri İranın dəniz blokadasını bərpa etdiyi vaxtdan bu ölkə ilə əlaqəli 109 ticarət gəmisinin marşrutunu dəyişdirib.
Səudiyyə Ərəbistanı neft satışını azaltdı – AVROPADA QİYMƏTLƏR UÇUR
FED.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Bildirilib ki, iyulun 14-də bərpa edilən blokada çərçivəsində İran limanlarına gedən və ya oradan çıxan gəmilərin hərəkətinə nəzarət edilir.
Qeyd edək ki, aprelin 13-dən iyunun 18-dək davam edən əvvəlki blokada zamanı 142 gəminin marşrutu dəyişdirilib, qaydalara əməl etməyən 9 gəmi sıradan çıxarılıb və humanitar yardım daşıyan 50-dən çox gəminin keçidinə icazə verilib.












