2027-ci il yanvarın 1-dən fiziki şəxslərin aylıq gəlirlərindən tutulan gəlir vergisinin dərəcələri dəyişəcək.
Vergi borcun var, amma işləyirsən - GÜZƏŞT EDİLƏCƏK – AZƏRBAYCANDA YENİLİK
FED.az xəbər verir ki, Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, yeni vergi dərəcələri 2027-ci il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək tətbiq olunacaq.
Dəyişikliklərə görə, aylıq vergitutulan gəliri 2500 manatadək olan şəxslər 5 faiz dərəcəsi ilə gəlir vergisi ödəyəcəklər.
Aylıq gəliri 2500 manatdan 8000 manatadək olan şəxslər üçün vergi 125 manat və 2500 manatdan çox olan məbləğin 10 faizi əsasında hesablanacaq.
8000 manatdan çox aylıq gəlir əldə edən şəxslər isə 675 manat və 8000 manatdan artıq olan məbləğin 14 faizi həcmində vergi ödəyəcəklər.












