Fairmont Baku
Lobby Ambassador
Son tarix 21 okt 2026 - [email protected]
Əsas vəzifə öhdəlikləri:
- Otelə daxil olan qonaqları gülərüz, nəzakətli və peşəkar şəkildə qarşılamaq
- Qonaqlara ilk xoş təəssürat yaratmaq və yüksək xidmət standartlarını təmin etmək
- VIP qonaqları xüsusi diqqət və qayğı ilə qarşılamaq, müşayiət etmək
- Qonaqların suallarını cavablandırmaq, otelin xidmətləri və imkanları barədə məlumat vermək
- Qonaqların ehtiyaclarını öncədən müəyyən etmək və uyğun dəstək göstərmək
- Qonaqları resepsiyon, restoran, tədbir zalları və digər otel bölmələrinə yönləndirmək
- Giriş və lobbi ərazisində yüksək səviyyəli görünüş və nizam-intizam standartlarını qorumaq
- Qonaq məmnuniyyətinin artırılması üçün digər şöbələrlə koordinasiyalı işləmək
- Şikayət və xüsusi istəkləri operativ şəkildə aidiyyəti şöbələrə yönləndirmək
- Otelin xidmət prosedurlarına və brend standartlarına riayət etmək
Tələblər:
- Hündürboylu, gülərüz və özünəinamlı olmaq
- Yüksək ünsiyyət bacarığı
- VIP qonaqlarla ünsiyyət qurmaq bacarığı
- Azərbaycan dilində sərbəst danışıq, yüksək səviyyədə ingilis dili biliyi, rus dili biliyi arzuolunandır.
- Diqqətli, məsuliyyətli və xidmət yönümlü yanaşma
- Komanda ruhu və yüksək etik davranış standartları
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.













