2026-cı ilin ilk yarısında Azərbaycanda 6 bankda hüquqi şəxslərin depozitlərinin həcmi artıb.
Hüquqi şəxslərin depozitləri 6 bankda artıb, 14 bankda azalıb
FED.az-ın bankların açıqladığı göstəricilər əsasında hazırladığı renkinqə görə, 2025-ci ilin sonu ilə müqayisədə faiz ifadəsində ən böyük artım olan bank «Bank of Baku»dur.
Bankda şirkət və təşkilatların depozitləri 2025-ci ilin sonundakı 70,9 milyon manatdan 120,3 milyon manata yüksəlib. Beləliklə, cəmi 6 ayda artım 49,4 milyon manat və ya 69,6% təşkil edib.
İkinci yeri Azərbaycan Sənaye Bankı tutub. Bankda hüquqi şəxslərin depozitləri 161,6 milyon manatdan 208,7 milyon manata yüksəlib – 29,1% artım.
Üçüncü olan “Ziraat Bank Azərbaycan”da göstərici 491,8 milyon manatdan 631,8 milyon manata çatıb. Artım 140,1 milyon manat və ya 28,5% olub.













