Son Xəbərlər

Həmvətənimiz Gürcüstanda qubernator müavini vəzifəsinə təyin edilib

Həmvətənimiz Gürcüstanda qubernator müavini vəzifəsinə təyin edilib | FED.az
21:51 23 May 2017

Gürcüstanda yaşayan həmvətənimiz Zaur Darğallı Kvemo-Kartli bölgəsinin qubernator müavini vəzifəsinə təyin edilib.

FED.az xəbər verir ki, bundan öncə o, Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət nazirinin müşaviri vəzifəsində çalışırdı.

Qeyd edək ki, 1988-ci ildə Marneuli şəhərində anadan olan Zaur Darğallı İlya Çavçavadze adına Dövlət Universitetini bitirib. 2007-2009 illərdə bir sıra regional və beynəlxalq media qurumlarında jurnalist kimi fəaliyyət göstərib. O, paralel olaraq 2007-2010 illərdə Marneuli Gənclər Mərkəzində bir sıra layihələrin rəhbəri olub. 2010-2012 illərdə Amerika Birləşmiş Ştatlarının Regional İnkişaf Agentliyinin Kvemo-Kartli bölgəsindəki ofisinin rəhbəri vəzifəsində çalışıb. Ailəlidir, bir qızı var.




Digər xəbərlər