Keçmiş rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov yeni vəzifəyə təyin edilib.
Bu barədə qərar bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclasında açıqlanıb.
AMEA prezidenti Akif Əlizadə Ə. Abbasovun AMEA-da müşavir vəzifəsinə təyin olunduğunu bildirib.
Rəyasət Heyəti təklifi dəstəkləyib.