Bu gün Parisdə YUNESKO-nun İcraiyyə Şurasının (İŞ) 202-ci sessiyası çərçivəsində təşkilatın yeni baş direktoru vəzifəsinə səsvermə keçiriləcək.
Gizli səsvermənin ilk turu bu gün keçiriləcək. Namizədlər arasında Rusiyanın Azərbaycandakı səfiri Polad Bülbüloğlu da var.
Qalibin oktyabrın 13-dən gec olmayaraq açıqlanacağı gözlənilir.
İŞ tərəfindən təyin olunan namizədin təsdiq edilməsi noyabrın 10-da keçiriləcək. Yeni baş direktorun səlahiyyətlərinin icrasına noyabrın 15-dən başlayacağı gözlənilir.