Banner

Sığorta

İcbari Sığorta Bürosunun ötən il əldə etdiyi gəlir - AÇIQLANDI

İcbari Sığorta Bürosunun ötən il əldə etdiyi gəlir - AÇIQLANDI | FED.az
19:09 8 May 2019

İcbari Sığorta Bürosu 2018-ci ildə 7,8 milyon manat təqvim haqları toplayıb, təqribən 1,2 milyon manat da investisiya gəlirləri əldə edib.

Bu barədə  İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov məlumat verib. 

Onu sözlərinə görə, investisiya gəlirləri dövlət qiymətli kağızları və qeyri-dövlət qiymətli kağızları, banklarda olan depozitlər hesabına əldə edilib.

“Xərclər dedikdə, büronun saxlanılması, kompensasiya ödənişləri, informasiya sisteminin saxlanılması, Yaşıl Kart və katastrofik risklərlə əlaqədar təkrarsığorta və digər xərclər nəzərdə tutulur. Büronun 2017-ci illə müqayisədə qarantiya fondu təqribən milyon manata yaxın artım göstərib. Hazırda Büronun cəmi vəsaitləri 34 milyon manat civarındadır. Bu vəsaitlərin təqribən 10 milyon manatı - milyon avro Yaşıl Kart sisteminə üzvlüyümüzlə əlaqədar Beynəlxaq Bürolar Şurasının tələbi ilə Avropa banklarında depozit/qarantiya olaraq yerləşdirilib. Qalan vəsaitlər isə Azərbaycan banklarında, dövlət qiymətli kağızları və qeyri-dövlət qiymətli kağızlarında diversifikasiya edilib”, - deyə R.Əhmədov əlavə edib.

İcraçı direktor Büronun investisiya siyasətində dəyişikliklərə toxunaraq qeyd etdi ki, daxili qaydalara görə maliyyə sabitliyinə nəzarətin gücləndirilməsi məqsədilə bir bankda ümumi investisiya portfelinin 25%-dən çoxunu saxlamaq yolverilməzdir: “Burada tək istisna dövlət qiymətli kağızlarıdır”.

Digər xəbərlər

Banner