İcbari Sığorta Bürosunun (İSB) cəmi aktivləri bu il yanvarın 1-nə 36,069 mln. manat təşkil edib.
FED.az qurumun audit hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 4,35% çoxdur.
2017-ci ildə İSB-nin cəmi öhdəlikləri 14,5% artaraq 7,563 mln. manata, cəmi kapitalı isə 1,95% artaraq 28,506 mln. manata çatıb.
Ötən il Büronun təqdim haqlarından gəliri 7,573 mln. manat (əvvəlki ilə nisbətən 13% çox), kompensasiya xərci 811 min manat (11,25% çox), kompensasiya üçün ehtiyatdakı dəyişiklikdən gəliri 72 min manat, maliyyə gəliri 1,116 mln. manat (32,7% az), xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə xalis gəliri 285 min manat (88,4% az), sair gəlirləri 121 min manat (34,45% çox), dəyərsizləşmə üzrə zərəri 3,819 mln. manat (36,6% az), ümumi və inzibati xərcləri 2,725 mln. manat (29,2% az), ağır şərtli müqavilələr üzrə ehtiyatlardakı dəyişikliklərdən zərəri isə 1,267 mln. manat olub.
Son nəticədə İSB 2017-ci ili 546 min manat mənfəətlə başa vurub. Bu isə 2016-cı ilə nisbətən 2,3 dəfə çoxdur.