“Bakısığorta” 2023-cü il üzrə maliyyə hesabatını açıqlayıb.
Hesabat dövründə “Bakısığorta”nın əsas əməliyyat gəlirləri 6 milyon 396 min manat, investisiya gəlirləri 716 min manat, subroqasiya gəlirləri 313 min manat, sair gəlirlər 394 min manat, cəmi gəlirləri isə 7 milyon 663 min manat olub.
Əvvəlki illə müqayisədə əsas əməliyyat gəlirləri 1 milyon 292 min manat (20%), investisiya gəlirləri 15 min manat (2%) azalıb, subroqasiya gəlirləri 19 min manat sair gəlirlər 223 min manat (2,3 dəfə), cəmi gəlirlər 611 min manat (9%) artıb.
Bu dövrdə əsas əməliyyat xərcləri 2 milyon 811 min manat, işlərin aparılması xərcləri 3 milyon 234 min manat, sair xərclər 62 min manat, cəmi xərcləri isə 7 milyon 107 min manat təşkil edib.
Son bir il ərzində əsas əməliyyat xərcləri 244 min manat (8%), işlərin aparılması xərcləri 580 min manat (15%), sair xərclər 3 min manat (5%) azalıb, cəmi xərcləri isə 174 min manat (3%) azalıb. Nəticədə sığorta şirkəti ötən ili 556 min manat xalis mənfəətlə yekunlaşdırıb.
Bu dövrdə şirkət sığorta mənfəət vergisi ödəməyib
“Bakısığorta” 2023-cü ilin sonunda 12 milyon 726 min manat aktivlərə malik olub.
Öhdəlikləri isə 1 milyon manat və ya 28% artaraq 4 milyon 770 min manata yüksəlib.
Bu dövrdə balans kapitalı 556 min manat və ya 7% azalaraq 7 milyon 956 min manata düşüb.