“Bakı Sığorta” ASC-nin satış komandası bu ilin 10 ayında cəmi 4 milyon 368 min manat həcmində yığım əldə edə bilib.
FED.az Mərkəzi Bankın rəsmi hesabatına istinadən xəbər verir ki, şirkətin yığımları son bir illə müqayisədə 1 milyon 32 min manat, başqa sözlə 19,1% azalıb.
Ötən ilin eyni dövründə “Bakı Sığorta” ASC-nin yığımları 5 milyon 400 min manat olub.
Sığorta ödənişləri isə 2 milyon 579 min manat olub ki, bu da illik müqayisədə 460 min manat və ya 21,7% artım deməkdir. Ötən ilin 10 ayında şirkət tərəfindən zərərçəkmiş müştərilərə 2 milyon 119 min manat sığorta ödənişi verilib.
Şirkətin ümumi portfel üzrə zərərlilik göstəricisi isə 59% təşkil edib.