“Meqa Sığorta” ASC- bu ilin yanvar-oktyabr aylarında 26 milyon 943 min manat yığımlara malik olub.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Sığorta şirkətinin yığımları son bir illə müqayisədə 9 milyon 48 min manat, başqa sözlə 50,6% artıb.
Keçən ilin eyni dövründə “Meqa Sığorta” ASC-nin yığımları 17 milyon 895 min manat olub.
Sığorta ödənişləri isə 7 milyon 362 min manat olub ki, bu da illik müqayisədə 1 milyon 750 min manat və ya 31,2% artım deməkdir. Keçən sığorta ödənişləri 5 milyon 611 min manat olub.