Azərbaycanda ümumi mülki məsuliyyətin sığortası üzrə yığımlar artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istinadən xəbər verir ki, cari ilin yanvar-sentyabr aylarında bu növ sığorta üzrə yığımlar 10 milyon 54 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 202 min manat və ya 2% çoxdur.
2022-ci ilin yanvar-sentyabr aylarında bu göstərici 9 milyon 853 min manat təşkil edib.
Bundan başqa bu növ sığorta üzrə ödənişlər 92 min manat həcmində olub.
Sığorta ödənişləri ötən illin müvafiq dövrü ilə müqayisədə 58 min manat və ya 2,7 dəfə artıb.
2022-ci ilin yanvar-sentyabr aylarında bu növ sığorta üzrə 34 min manat ödəniş edilib.
2022-ci ildə zərərlilik göstəricisi 0,3%, 2023-cü ildə 0,9% təşkil edib. İllik müqayisədə 0,6%-lik artım qeydə alınıb.