Azərbaycanda tibbi sığorta üzrə yığımlar artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, cari ilin yanvar-avqust aylarında bu növ sığorta üzrə yığımlar 91 milyon 226,5 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 6 milyon 441,2 min manat və ya 7,6% çoxdur.
2022-ci ilin yanvar-avqust aylarında bu göstərici 84 milyon 785,4 min manat təşkil edib.