Azərbaycanda şəxsi sığorta üzrə yığımlar artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, cari ilin yanvar-avqust aylarında bu növ sığorta üzrə yığımlar 98 milyon 299,3 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 8 milyon 274,9 min manat və ya 9,2% çoxdur.
2022-ci ilin yanvar-avqust aylarında bu göstərici 90 milyon 24,4 min manat təşkil edib.