Bu gün İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) tabeliyində olan Hacıqabul Sənaye Məhəlləsində "Penoplex Prikavkazye" MMC-nin istilik izolyasiya lövhələrinin istehsalı müəssisəsinin açılış mərasimi keçirilib.
Şirkət Azərbaycanda kartona olan tələbatın 30%-ni ödəyəcək
FED.az xəbər verir ki, bu barədə İZİA-dan bildirilib.
Məlumata görə, innovativ texnologiya əsasında müəssisədə istilik izolyasiya lövhələrinin istehsalı həyata keçirilir və istehsal prosesində xammal kimi ümumi təyinatlı polistiroldan istifadə edilir. 100 % Rusiya kapitalı olan müəssisənin investisiya dəyəri 18,4 milyon manat təşkil edir.
İllik istehsal gücü 100 min m3 olan müəssisədə istehsal olunan məhsulların 60 %-nin daxili bazara, 40 %-nin isə xarici bazara satılması planlaşdırılır.
Sənaye Məhəlləsinin 6,7 hektar ərazisində inşa edilmiş müəssisə dövlət vəsaiti hesabına hazır infrastrukturla (qaz, işıq, su, kanalizasiya, yol) təmin olunub. Eyni zamanda İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş İnvestisiya təşviq sənədi sayəsində texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 12,9 milyon manat vəsaitə qənaət (gömrük rüsumu və ƏDV) edib.