2026-cı ilin ilk 6 ayında Azərbaycanın portfel investisiyaları üzrə öhdəlikləri təxminən 2 milyard ABŞ dolları azalıb.
Azərbaycanın cari əməliyyatlar balansının profisiti 2 dəfə artıb
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının Statistika departamentinin direktoru Samir Nəsirov tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə bildirib.
Onun sözlərinə görə, portfel investisiyaları üzrə öhdəliklərin azalmasının əsas səbəbi Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində emissiya edilmiş avrobondların geri alınması olub.
Samir Nəsirov qeyd edib ki, bu əməliyyat Azərbaycanın xarici borc öhdəliklərinin azalmasına və maliyyə yükünün yüngülləşməsinə səbəb olub.
Qeyd edək ki, 2026-cı ilin ilk 6 ayında kapital və maliyyə hesabında 3 milyard ABŞ dolları həcmində kəsir formalaşıb. Kəsirin əsas amillərindən biri xarici maliyyə aktivlərinin artması və maliyyə öhdəliklərindəki dəyişikliklər olub.












