Aqroman
Baş mühasib
Son tarix 14 okt 2026 - [email protected]
Aqroman MMC şirkətinə peşəkar, məsuliyyətli və işinə ciddi yanaşan Baş mühasib axtarılır.
Əsas vəzifələr:
- Şirkətin mühasibat uçotunun qanunvericiliyə uyğun təşkili və idarə edilməsi;
- Maliyyə-təsərrüfat əməliyyatlarının uçotunun aparılması və nəzarətdə saxlanılması;
- Vergi, statistika və digər hesabatların hazırlanması və vaxtında təqdim edilməsi;
- Əməkhaqqı, məzuniyyət, ezamiyyə və digər ödənişlərin hesablanmasına nəzarət;
- ƏDV, mənfəət vergisi, gəlir vergisi və digər vergi öhdəliklərinin hesablanması;
- Bank və kassa əməliyyatlarının, debitor və kreditor borclarının uçotu;
- E-qaimələrin və digər ilkin mühasibat sənədlərinin düzgün rəsmiləşdirilməsinə nəzarət;
- Anbar, mal-material və əsas vəsaitlərin uçotunun aparılması;
- Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması;
- Maliyyə göstəricilərinin təhlili və rəhbərliyə hesabatların təqdim edilməsi;
- Mühasibatlıq işinin koordinasiyası və maliyyə intizamına nəzarət;
- Vergi və digər yoxlamalar zamanı tələb olunan sənədlərin hazırlanması.
Namizədə tələblər:
- Mühasibat uçotu, maliyyə, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
- Baş mühasib vəzifəsində minimum 3 il iş təcrübəsi;
- Mühasibat və vergi qanunvericiliyini yaxşı bilmək;
- Vergi və maliyyə hesabatlarının hazırlanması üzrə praktiki təcrübə;
- 1C və MS Excel proqramlarında işləmək bacarığı;
- E-taxes, e-qaimə və digər elektron sistemlərdən istifadə bacarığı;
- Bank, kassa, əməkhaqqı, debitor-kreditor və anbar uçotu üzrə biliklər;
- Analitik düşüncə, dəqiqlik və yüksək məsuliyyətlilik;
- Komandada işləmək və iş prosesini düzgün təşkil etmək bacarığı;
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.













