Sentyabrın 14-də Azərbaycan prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi Əmirliyi hakiminin müavini, BƏƏ-nin milli təhlükəsizlik müşaviri Şeyx Tahnun bin Zayed Al Nəhyanı qəbul edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, görüşdə iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olması vurğulanıb.
Görüşdə Prezident İlham Əliyev və BƏƏ-nin milli təhlükəsizlik müşaviri Şeyx Tahnun bin Zayed Al Nəhyanın iştirakı ilə iki ölkə arasında sənədlər imzalanıb.
Mərasimdə
- “Azərbaycanda bərpaolunan enerji layihələrinin işlənib hazırlanması məqsədilə “Abu Dhabi Future Energy Company” - “Masdar” və “AGEC” arasında əməkdaşlıq Sazişi”,
- “Azərbaycan İnvestisiya Holdinqi ilə "L’IMAD HOLDING COMPANY PJSC" arasında strateji əməkdaşlıq Sazişi”,
- “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti ilə “Terra Mining Ltd” arasında “Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisində mineral-xammal potensialının və mədən sahələrinin birgə qiymətləndirilməsi və kəşfiyyatı haqqında Saziş”,
- İqtisadiyyat Nazirliyi və “GROUP 42 Holding Ltd” arasında “Azərbaycan Respublikasında Data Mərkəzinin, Yüksək Performanslı Hesablama və Süni İntellekt İnfrastrukturunun inkişafı üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu”,
- İqtisadiyyat Nazirliyi və “XRG SGC LIMITED” arasında “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti ilə bağlı Səhmdarlar Müqaviləsi”,
həmçinin Energetika Nazirliyi, SOCAR və “Masdar” arasında “Neftçala 315 mvt Günəş fotovoltaik layihəsi üzrə maliyyə bağlanışının baş tutmasının təsdiqi” sənədi imzalanıb.





![[red]Azərbaycana ərəb pulları axacaq: Qaz kəməri, Data mərkəz, Dövlət şirkətləri – SƏNƏDLƏR İMZALANDI[/red] | FED.az](/upload/news/small/2419199.jpg)
![[red]Azərbaycana ərəb pulları axacaq: Qaz kəməri, Data mərkəz, Dövlət şirkətləri – SƏNƏDLƏR İMZALANDI[/red] | FED.az](/upload/news/small/2402702.jpg)
![[red]Azərbaycana ərəb pulları axacaq: Qaz kəməri, Data mərkəz, Dövlət şirkətləri – SƏNƏDLƏR İMZALANDI[/red] | FED.az](/upload/news/small/3678836.jpg)
![[red]Azərbaycana ərəb pulları axacaq: Qaz kəməri, Data mərkəz, Dövlət şirkətləri – SƏNƏDLƏR İMZALANDI[/red] | FED.az](/upload/news/small/3275957.jpg)
![[red]Azərbaycana ərəb pulları axacaq: Qaz kəməri, Data mərkəz, Dövlət şirkətləri – SƏNƏDLƏR İMZALANDI[/red] | FED.az](/upload/news/small/1927763.jpg)
![[red]Azərbaycana ərəb pulları axacaq: Qaz kəməri, Data mərkəz, Dövlət şirkətləri – SƏNƏDLƏR İMZALANDI[/red] | FED.az](/upload/news/small/673727.jpg)
![[red]Azərbaycana ərəb pulları axacaq: Qaz kəməri, Data mərkəz, Dövlət şirkətləri – SƏNƏDLƏR İMZALANDI[/red] | FED.az](/upload/news/small/3291404.jpg)
![[red]Azərbaycana ərəb pulları axacaq: Qaz kəməri, Data mərkəz, Dövlət şirkətləri – SƏNƏDLƏR İMZALANDI[/red] | FED.az](/upload/news/small/901457.jpg)
![[red]Azərbaycana ərəb pulları axacaq: Qaz kəməri, Data mərkəz, Dövlət şirkətləri – SƏNƏDLƏR İMZALANDI[/red] | FED.az](/upload/news/small/1707240.jpg)
![[red]Azərbaycana ərəb pulları axacaq: Qaz kəməri, Data mərkəz, Dövlət şirkətləri – SƏNƏDLƏR İMZALANDI[/red] | FED.az](/upload/news/small/4002219.jpg)
![[red]Azərbaycana ərəb pulları axacaq: Qaz kəməri, Data mərkəz, Dövlət şirkətləri – SƏNƏDLƏR İMZALANDI[/red] | FED.az](/upload/news/small/4835247.jpg)
![[red]Azərbaycana ərəb pulları axacaq: Qaz kəməri, Data mərkəz, Dövlət şirkətləri – SƏNƏDLƏR İMZALANDI[/red] | FED.az](/upload/news/small/3996931.jpg)
![[red]Azərbaycana ərəb pulları axacaq: Qaz kəməri, Data mərkəz, Dövlət şirkətləri – SƏNƏDLƏR İMZALANDI[/red] | FED.az](/upload/news/small/3941157.jpg)
![[red]Azərbaycana ərəb pulları axacaq: Qaz kəməri, Data mərkəz, Dövlət şirkətləri – SƏNƏDLƏR İMZALANDI[/red] | FED.az](/upload/news/small/1121680.jpeg)
![[red]Azərbaycana ərəb pulları axacaq: Qaz kəməri, Data mərkəz, Dövlət şirkətləri – SƏNƏDLƏR İMZALANDI[/red] | FED.az](/upload/news/small/2787180.jpg)
![[red]Azərbaycana ərəb pulları axacaq: Qaz kəməri, Data mərkəz, Dövlət şirkətləri – SƏNƏDLƏR İMZALANDI[/red] | FED.az](/upload/news/small/2479546.jpg)







