Bu ilin I yarısında Azərbaycandakı idarə, müəssisə və təşkilatlar qiymətli kağızlar bazarından 606 milyon ABŞ dolları gəlir əldə edib.
Azərbaycanın cari əməliyyatlar balansının profisiti 2 dəfə artıb
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında keçirilən brifinqdə qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.
Xatırladaq ki, dövlət qurumları əsasən, ABŞ-nin dövlət istiqrazlarına (US treasuries) investisiya yatırır.
"Biz mütəmadi olaraq portfel investisiyalarında xarici aktivlərimizin artmasını müsbət hal kimi qeyd edirdik. Bu, növbəti dövrdə ölkəyə gələn faiz gəlirlərinin artmasına xidmət edir", - deyə AMB rəsmisi vurğulayıb.













