2026-cı ilin ilk 6 ayında Azərbaycan neftinin reallaşmış orta qiyməti 94,5 dollar olub. Bu rəqəm 2025-ci ilin eyni dövrü ilə müqayisədə 33% çoxdur.
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov bu gün 2025-ci ilin yekunlarına dair tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə deyib.
"Azərbaycan qazının ixrac olunmuş min kubmetri 313 dollar təşkil edib, - o bildirib.












